MƏHKƏMƏLƏRƏ GÜVƏNƏN KİMLƏRDİR ???
İdeal Holdinqin Sahibi, Qarabağ Qazisi, keçmiş Siyasi və Vicdan məhbusu Nazim İdeal rəsmi Fasebook səhifəsində paylaşdığı yazını diqqətinizə çatdırırıq:
Heç bir anti-tezis hazırlamadan bəyan edirəm ki,bu Ölkədə kriminal-konsentrik dairələr istisna olmaqla, heç bir sadə,vicdanlı,ləyaqətli Vətəndaş Məhkəmələrədə inanmır və təhlükə "ocağı" gözündə görürlətər.
Bu inamsızlıq,kin-küdurət heçdə hər hansı təbliğat-təşviqatla deyil,Vətəndaş olaraq fors-major işi düşəndə qazanılmış rüsvayçılıqdır.
Ölkədə müstəqil-ədalətli-obyektiv-vicdanlı məhkəmə sistemi olsaydı?, ölkə bax bu cür anarxizm vadisinə çevrilməzdi.
Vətəndaş məhkəməyə güvənsəydi,kriminal məəmırrları özləri de-şifre edər,rüsvayçılıqları durdurardı...
Hüquqsuz Vətəndaş olaraq, təkcə cinayət yolu ilə əldə etdikləri biznes imperiyasının siyahısını paylaşmazdı.
De-fakto,de-yure məhkəmələri məzhəkəyə,ədalətin bərqərar olunacağı ünvanları xəyanət-priton yuvasına çevirən,gözdən salanlar məhz dövlətimizin məhvinə çalışan,Xalqın malına və canına susamış,hər bəladan nəf etməyə patoloji mübtəla olan kriminal-korrupsioner dairələrdir.
İnkişaf etmiş və inkişafda olan dövlətlərdə,MEDİA ictimai nəzarət funkusiyası ilə yanaşı,bütün baş verən anti-millət,anti-dövlət,anti-insani hücumların qarşısında şlaqbaum funkusiyasını icra edir və hansısada maygülü məə-mırrın yalının artığına möhtacda deyil.
Çünki dövlətçilik idealları,qanunçuluq əsas meyardır.
Təəssüflə bildirməliyəm ki, uzun illərdir hökumətin maliyyələşdirdiyi maklatura-amş-şenok "mediası"ının qapançı başına uyğun idarəedilməsindən dolayı,bunların missiyası məhz kriminal-konsentrik məə-mırrlara satellit xidmətçilik,araçılıq,calaqçılıq və topuna bir qoz qoyanları şərləmək,işverənlik təşkil etdiyi kimi,
Ölkə başçısının tənqid olunmasında kart-blanşlıq etmiş oldular !!!
Məhz bu kimi apologiyalar,amoralizmlər sayəsində hökumətin maliyyələşdirdiyi "media"nı rəqib tərəflə müqayisə etmək belə yersizdir.
Çünki,hökumətin satın aldıqlarını hər kəs yaxşı tanıyır və çənəsini tərpətməmiş başını mıxa bərkidirlər.
Axı həmdə hər kəs öz keçmişinin girovudur.
Odur ki,Konstitusiyaya ana qanun deyib,ondan ayağı sürüşkən anaları kimi istifadə etmiş və istifadə etməkdə davam edən vələdzinaların bu kimi apartehid əməlləri təkcə Vətəndaşlarımıza qarşı deyil,başlıcası erməni dəyirmanına su daşıyan deqerenatlıqdır.
Çünki öz ölkəsində haqqına tapınmayan Vətəndaş Avropa İnsan haqları məhkəməsinə üz tuturkən sual yaranır :
Ermənilər düşmənçilik etdiyi halda,hökumətlə xalq bir yerdə olmaq əvəzinə, nədən düşməndirlər?
Özün nümunəvi,ədalətli ol sonra başqasından ədalət-vicdan gözlə !