ELDAR HƏSƏNOVUN GÜNAHI...

16-08-2020, 18:28

İdeal Holdinqin Sahibi, Qarabağ Qazisi, keçmiş Siyasi və Vicdan məhbusu Nazim İdeal rəsmi Fasebook səhifəsində paylaşdığı yazını diqqətinizə çatdırırıq:  

Eldar Həsənov Azərbaycan Respublikasında Baş Prokuror postunda olmuş 2 nəfərdən biridir ki,direktivlərlə yanaşı öz mövqeyi, analiz etmə qabliyyəti olub.
Qaralov Zakir hətta Abdullayev Elşadın diktəsinə müntəzir olduğu halda,Eldar Həsənov Prezidentin göstərişlərinə belə öz fikrini bildirdirdikdən sonra,fifti-fifti yerinə yetirmək barədə düşünüb !?
Məqsədli-iradəli olsada inanıb-güvəndikləri,maliyyə axını  buraxdıqlarının hamısı istər "partiya sədri",istər şenok mediası və.s,satqın,əqidəsiz və özlərini satışa çıxarmışlardan ibarət olub.
Eldar Həsənovun həbsinin ilk "müjdəçi"ləridə məhz onun maddi və mənəvi arxalıq etdiyi maygülülər fraksiyası oldu.
Lakin, Eldar Həsənovun  həbsi  iddia olunan səbəblərlə əsla bağlılığı yoxdur.
E.Həsənov bir zamanlar keçdiyi qırmızı xəttin bədəlini ödəyir !?
Həbs etdiyi,təqdimatını verdiyi Şəxslərə deyil,klana cavab verməyə məhkumdur !
Eldar Həsənovun hazırda şərik olduğu şəxslər Bakının ən böyük rayonuna başçılıq,ölkənin ən iri korporasiyasının sahibləridirlər...
Onunda milyardları sərhəd tanımır...Və təkcə məmur-Həsənovlar sıralamasında onun varidatı axırdan birincidir.
Deməli söhbət dövlət əmlakının mənimsənilməsindən, filandan getmir! 
Nə isə...
Vətənimin-Vətəndaşlarımın AZAD olmasını istəyirəm!
Xüsusilə günahı?!, Dövlətini-Vətənini-Vətəndaşını sevən,qürurlu-bütöv görmək istədiklərinə görə həbs edilmiş bütün Ləyaqətli-Vicdanlı günahsız İnsanların girovluqdan azad olmalarını istəyirəm !


İstifadəçi paneli