ŞƏHİDLƏRİ YOXDUR, AMMA DUSTAQLARI ÇOXDUR !
İdeal Holdinqin Sahibi, Qarabağ Qazisi, keçmiş Siyasi və Vicdan məhbusu Nazim İdeal rəsmi Fasebook səhifəsində paylaşdığı yazını diqqətinizə çatdırırıq:
Hansısada məmurun, "nə sülh, nə müharibə" dönəmində özünün və yaxınlarının ŞƏHİD olması kimi qürurverici xəbərlərini eşitməmişəm !
Kriminal-korrupsioner məmurlar hesab edirlər ki, Topraq-Vətən uğrunda yalnız Ləyaqətli-Mərd-Kasıb Ailələrin Övladları vuruşmalı və ŞƏHİD olmalıdır !
Bunların debil övladlarıda arxa cəbhədə və ya hansısada xarici ölkədə öz alçaq hərəkətlərilə ölkəmiz adına rüsvayçılıq yaşatmalıdır... !
ŞƏHİDLƏRİMİZİN 40-ı çıxmamış Ramiz Mehdiyev nəvə toyu edir,iki dəfə dalbadal deputatxana sakini olmuş kürəkəni İlham Əliyev qız köçürür !
Heç içinizdə bir nəfər 3 sinif şagird ağılında tapılmadı ki,etiraz etsin ki, Şəhidlərimizin əksəriyyəti nişanlı qaldı !!!
Eləsi oldu ki,heç körpəsinin üzünü görə bilmədi...
Əlbətdə ki,vicdanı olanlar vicdan əzabı çəkə bilir !
Acılar yaşayanlar acının mahiyyətini anlayar !
Bunlarsa yaşadıb,yaşamayıblar !
Lakin, kiçik bir araşdırma aparılsa,monitorinq keçirilsə aşkar olar ki,türmələrin yarıdan çoxu bunların sifarişi, iftira krujevaları ilə yüklü edilmiş dustaqlarıdır!
ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ETSİN !