AZADLIQ NÜMUNƏSİ TOFİQ YAQUBLUYA AZADLIQ !

30-08-2020, 01:03

İdeal Holdinqin Sahibi, Qarabağ Qazisi, keçmiş Siyasi və Vicdan məhbusu Nazim İdeal rəsmi Fasebook səhifəsində paylaşdığı yazını diqqətinizə çatdırırıq:    

Qarabağ Qazisi-Azərbaycan Respublikasının suverenliyi,ərazi bütövlüyü,təhlükəsizliyi uğrunda canından,qanından keçmiş  Tofiq Yaqublunu törətmədiyi cinayətə görə bilirsinizmi kim(lər) mühakimə edir ?
Azərbaycan Respublikası adından hökm-qərar-qətnamə-qərardad çıxaran kimdir?,tanıyırmısız?
Cinayətkar adlandırılan,narkomanın,oğurçunun,quldurun,reketin cibinə girən,ailələrini dağıdan,evsiz,qoyan dövlət adına hər gün nifrət,ümidsizlik mühiti formalaşdıran qanun alverçilərindən biri...
Aylardır ki,Tofiq Yaqubluya qarşı düzənlənən iftira krujevaları  bumeranq yaşatmaqdadır !
AR-sı Konstitusiyasının 12-24-25-26-125-127-149-151-ci maddələri ələ salınır,deformasiyaya uğradılır,heç bir hörmət və nüfuza malik olmadığı, məsuliyyət hissini itirmiş məə-mırrlar tərəfindən açığa vurur !
Və utanmadan,abırsızcasına kütlə şüuruna yeridilir ki,bu iş sifarişlidir!
Cəmiyyətə üzəduranlıqla,şər-böhtanla,işverənliklə ailə-uşaq dolandırmağın qəbahət olmadığı təşviq edilir!?
Qarabağ Qazisini erməniyə güllə atdığına görə qisas alındığı təşviq edilir!
Bütün ləyaqətli İnsanlar Tofiq Bəyin günahsız olduğunu bilir!
Ləyaqətsiz naxırsa,Tofiq Bəyi erməniyə güllə atdığına,könlünü-ruhunu satmadığına,əqidəli olduğuna görə "cinayətkar" hesab edirlər!


İstifadəçi paneli