LAMİYƏNİN-TARİXİ, TARİXİN-AZƏR SEYİDOVU...
İdeal Holdinqin Sahibi, Qarabağ Qazisi, keçmiş Siyasi və Vicdan məhbusu Nazim İdeal rəsmi Fasebook səhifəsində paylaşdığı yazını diqqətinizə çatdırırıq:
Quli dünyasını dəyişməsəydi, bu gün zindanlarda özünü tanıyan,tanımayan "qref" paylayırdı.
28 Avqust Quli ilə yanaşı Azər Seyidovunda dünyaya gəldiyi gün imiş.
Bu barədə xəbəri elə FB-dən öyrəndim.
Azər Seyidov barəsində mədhiyyə yazan birisi onun "prinsipal,cəsarətli" olduğu barədə azərbaycansayağı dissertasiya "müdafiə edib...
Anti-təkamül həyat "yaşayan" bəzi ədədlər "uçastkovunu" rayonun ağsaqqalı hesab etdikləri kimi, çoxları da hesab edir ki, bu filankəs dövlət işində vəzifədə olubsa,deməli " böyük-hörmətli-əhəmiyyətli" adammış !?
Məhz bu cür yanaşmalar və belələrinə əhəmiyyət verməmə ölümündən sonra "fenomenal şəxsiyyət" adı altında gələcək nəslə sırıdılır.
Müstəqil dövlət kimi yaşadığımız məğlubiyyət illərində 5-6 nəfər şəxs istisna olmaqla bütün sahələr üzrə dünyasını dəyişənlərə öldüyünə görə keçmişinin girovluqları barəsində bəhs etmirəm.
Azər Seyidov.
Yaxşı tanıyıram.
Oda Məni yaxşı tanıyır !
Digər rəislər kimi oda Mənə hörmət edib.
Digərlərindən fərqli olaraq Azər Seyidov bu hörməti Mənim susmağım,baş verən iyrənc kayotalardan bəhs etməməyim üçün edirdi.
Lakin,amma,ancaq Azər Seyidovun törətdikləri başqa rəislərdən fərqlənməsədə,məhz onun hakimiyyəti dönəmində anarxiya-xaos-amoralizm pik nöqtəyə çatdı və Lamiyyə Quliyeva vaqeəsi üzrə sonaloqsuz bum yaratdı !!!
Lamiyyə Sahibqızı ona qarşı intensiv işgəncələrin durdurulması,azadlıq istəyinin çıxış yolunu öz şərəf və ismətinin zorlanmasında gördü və dünyaya Uğur adlı atasız uşaq gətirməyə məcbur oldu!
Hadisə "cəsarətli-cəsur-təmiz adam" Azər Seyidovun Bakı İstintaq Təcridxanasında rəis olduğu dönəmdə baş verdi...
Bu günə kimi Uğurun, rüşvətxor-qaniçən-namusu ilə alver edən-vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, anası Lamiyyəni diş texnikinin kabinetində zorlayan atası alçağın kimliyi təsbit edilməyib !?
Belə bir rüsvayçı hadisə monoetnik ermənistanda baş versəydi,ən yaxşı halda təcridxana rəisi 8 maddə ilə ittiham edilər, bütün üst qurumların rəhbərləri istefaya göndərilərdi.
Nə yazıqlar ki, analoqsuz ölkəmizdə femidanı zorlayanı deyil,onu görən,yazan,etiraz edənin gözləri kor edilir !
Lamiyyə vaqeəsində Mən Cənab İlham Əliyevə müraciət etmişdim ki, Azər Seyidova "Şöhrət ordeni verilsin !
Bizim münasibətlərimiz korlandı və Azər Seyidov təkcə yayın istisində dəmir tabutda ("varanok") Məni 18 dəfə "osobı", Kürdəxanı yatab etdirsədə ən son görüşdə bu sözümü əbədi yaddaşına həkk etdi !
Qorxuda bilməz hədələr Məni !
Sındıra bilməz gədalar Məni !
Azər Seyidov kənar,Avqust ayında dünyaya göz açmış bütün İnsanları təbrik edirəm və Onlara Zindanda-məhkum Xanıma təcavüz edilərək dünyaya Uğur adlı,Uğursuz-atasız uşaq gətirməyən ölkənin Vətən-daşı olmağı arzu edirəm !