Oxşar xəbərlər
Rusiyanın Novosibirsk şəhərində təyyarə uçuşdan dərhal sonra qəza enişi etmək məcburiyyətində qalıb.
Bu barədə “Life Shot” “Telegram” kanalı xəbər yayıb.
Bildirilir ki, An-124 Tolmaçyovo aeroportundan uçub, lakin havaya qalxarkən heyət üzvü ilə rabitə kəsilib. Bundan sonra pilot layneri endirmək qərarına gəlir.
Eniş zamanı təyyarə zolaqdan çıxıb. Nəticədə, hava gəmisinin ön şassisi qopub.
Göyərtədə 14 nəfər olub. Onlar hamısı təxliyyə olunub.
Zərərçəkən yoxdur.
O da bildirilir ki, təyyarənin detallarından biri yaxınlıqdakı supermarketin damından içəri düşüb. Xoşbəxtlikdən xəsarət alan olmayıb.