Mehriban Əliyevadan Ağdam təbriki.

20-11-2020, 17:20

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün İnstaqram səhifəsində Ağdamın işğaldan azad edilməsi münasibəti ilə paylaşım edib.
İdealmedia.az xəbər verir ki, paylaşımda deyilir:
"Əziz həmvətənlər,sizi Ağdam rayonunun işğaldan azad edilməsi münasibətilə səmimi-qəlbdən təbrik edirəm və hər birinizə ən xoş arzularımı çatdırıram! Qoy Azərbaycanda daim sülh, sabitlik, əmin-amanlıq və təhlükəsizlik hökm sürsün! Qoy ölkəmizdə hər bir ev nur, xeyirxahlıq və səadətlə dolsun! Uca Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!".


İstifadəçi paneli