Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu şanlı tarix yazaraq ərazilərimizi Ermənistanın işğalından azad etdi. Qələbə sevincini yaşadığımız günlərdə şəhid ailələrinin, müharibə əlillərinin mənzillə, fərdi evlərlə təminatı tədbirləri də davam edir. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 3 rayonda 19 mənzil və fərdi ev (Lənkəranda 10 mənzil, Sabirabad və Salyanda 9 fərdi ev) həmin kateqoriyalardan olan vətəndaşlara təqdim olunub.