Azərbaycan AŞ PA-nın büro və komitə iclaslarında təmsil olunacaq

27-11-2019, 21:14

Noyabrın 28-də və 29-da Strasburqda Avropa Şurası (AŞ PA) Parlament Assambleyasının Büro və Daimi Komitə iclasları keçiriləcək.
Trend-in məlumatına görə, tədbirlərdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞ PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iştirak edəcək.
İclaslarda AŞ PA-nın xarici əlaqələri, Avropa Şurasının Nazirlər Komitəsinə rəhbərliyin Gürcüstana keçməsi barədə müzakirələr aparılacaq, bir sıra təşkilati məsələlərə baxılacaq.
Səməd Seyidov gündəlikdəki məsələlərlə bağlı çıxış edəcək, fikirlərini bildirəcək.


İstifadəçi paneli