Hacıqabul rayonunda ağır yol qəzası baş verib

2-12-2020, 14:32

İdealmedia.az xəbər verir ki, dünən saat 6 radələrində Hacıqabul rayonunun Atbulaq qəsəbəsi ərazisində Gəncə şəhər sakini E.Bəylərov idarə etdiyi “KİA” markalı avtomobili yol ayırıcısına vurub.
Nəticədə avtomobildə olan sərnişin - sürücünün olan arvadı aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


İstifadəçi paneli