250 metrlik zirvədə dalğalanan şanlı bayrağımız

2-12-2020, 17:34

Müzəffər ordumuzun işğal altında olan torpaqlarımızı azad etməsi ölkəmizin hər yerində qeyd edilir. 
Cəlilabadın ucqar dağ kəndlərinin birində bu əlamətdar günü daha da yaddaqalan ediblər. Belə ki, uzunluğu 6, eni 3 metr olan üçrəngli bayrağımız 250 metr hündürlükdə yerləşən zirvədə ucaldılıb.
Qeyd edək ki, yaxın günlərdə bayrağın ətrafı abadlaşdırılacaq, yaşıllıqlar salınacaq. Şanlı bayrağımız əbədi olaraq bu zirvədə dalğalanacaq.


İstifadəçi paneli