Köçəryandan sensasion etiraf: “Türkiyəni savaşa cəlb etmək istədilk

5-12-2020, 13:05

Ermənistanın ikinci prezidenti Robert Köçəryan İrəvanın İkinci Qarabağ müharibəsinin başlaması üçün bütün imkanlarından istifadə etdiyini deyib. Köçəryan mövcud Ermənistan hakimiyyətinin danışıqlara maneə törətdiyini, Türkiyəni savaşa cəlb etmək üçün çalışdığını, amma bunu bacarmadığını iddia edib.
“Ermənistan müzakirələri dalana dirədi, əngəllədi. Ermənilər Türkiyəni birbaşa müharibəyə qatmağa cəhd göstərdilər, amma bu səylər uğursuz oldu. Azərbaycana beynəlxalq legitimlik qazandırdılar”, - eks-prezident qeyd edib.


İstifadəçi paneli