Rusiya növbəti heyəti Qarabağa göndərdi

6-12-2020, 12:39

Rusiya Fövqəladə Hallar Nazirliyi Qarabağa xilasetmə qrupları ilə birlikdə kinoloqlar, rabitəçilər və psixoloqlar daxil olmaqla xüsusi bir heyət göndərib.
Bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.
“Dekabrın 6-da Rusiya Fövqəladə Hallar Nazirliyinin xüsusi İl-76 təyyarəsi Moskvadan xilasedicilərlə birlikdə havaya qalxdı. Heyətə daxil olan hər kəs COVİD-19 testindən keçirilib. Bundan başqa təyyarə ilə 3 sərnişin avtobusu, vacib texnika və təchizat da göndərilib”, - məlumatda qeyd olunub.
Qurumun heyəti əhaliyə humanitar yardım göstərəcək.


İstifadəçi paneli