Masallıda mebel mağazasında yanğın olub

7-12-2020, 11:39

Masallı rayonunun Digah kəndində ümumi sahəsi 550 kvadrat metr olan fəaliyyət göstərməyən mebel mağazasının döşəməsi 30 kvadrat metr sahədə yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, mağazanın qalan hissəsi yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


İstifadəçi paneli