Oxşar xəbərlər
Moskva metrosunda üzərində güllələr olan 20 yaşlı gənc polis tərəfindən saxlanılıb.
Bildirilib ki, “Kiyevskaya” metro stansiyasında hüquq-mühafizə orqanlarının əməkdaşları həmin şəxsi saxlayarkən onun çantasından 7,62 millimetr kalibrli 11 güllə götürüblər. Onlardan biri təlim, digərləri isə atış üçün nəzərdə tutulub.
Gənc güllələri Moskvadakı bir hərbi hissənin poliqonunda tapdığını və özündə saxladığını bildirib. Həmin şəxs haqqında döyüş sursatlarının qanunsuz saxlanması ilə bağlı cinayət işi başladılıb.