Oxşar xəbərlər
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhid Quliyev Hüseyn Həsən oğlunun ailəsini ziyarət edib.
Gəncə Şəhər İcra Hakimiyyətindən verilən xəbərə görə, şəhidin atası Həsən Quliyevin müraciəti əsasında onunla görüşən şəhər rəhbəri, Azərbaycanın suverenliyi uğrunda şəhid olan Hüseyn Quliyevə Allahdan rəhmət, ailə üzvlərinə isə səbr diləyib.
Qeyd edilib ki, onların övladı ali bir amal - Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda döyüşərkən şəhidlik zirvəsinə ucalıb. Şəhidlərin xatirəsi daim uca tutulur, şəhid ailələri isə dövlətin diqqət və qayğısı ilə əhatə olunublar.