Azərbaycanlı alim vəfat etdi

9-12-2020, 16:19

Neft-qaz və qaz-kondensat yataqlarının səmərəli işlənməsi üzrə tanınmış alim, “Şöhrət” ordenli, Əməkdar elm xadimi, Milli Neft Komitəsinin vitse-prezidenti, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya Elmi-Tədqiqat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Elmira Ramazanova ömrünün 86-cı ilində vəfat edib. Ramazanova Elmira Məmmədəmin qızı 28 oktyabr 1934-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1952-ci ildə 134 saylı orta məktəbi qızıl medalla bitirib. 1957-ci ildə Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Energetika fakültəsini fərqlənmə diplomu ilə başa vurub.
1992-ci ildən vəfatına kimi ADNSU-nun nəzdində Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya Elmi-Tədqiqat İnstitutunun direktoru vəzifəsində çalışıb.


İstifadəçi paneli