Hökumət başçısı koronadan öldü

15-12-2020, 11:09

Esvatini dövlətinin Baş naziri Mandvulo Ambrouz Dlamini koronavirusdan ölüb.
Bu məlumatı “Deyli Meyil” qəzeti yayıb. Bununla da o, koronavirusdan ölən ilk hökumət başçısı olub.
Qeyd edək ki, 52 yaşlı Dlamini koronavirusa noyabrın ortalarında yoluxub. Dekabrın əvvəlində onun səhhəti pisləşdiyi üçün Cənubi Afrika Respublikasındakı xəstəxanalardan birinə yerləşdirilib.
Esvatini 2018-ci ilə qədər Svazilend Krallığı kimi məşhur olub.


İstifadəçi paneli