Deputat: “Ermənilər Azərbaycanda yaşayan digər xalqlardan artıq deyil”

19-12-2020, 11:06

“Son günlərdə istər Ermənistan, istər ATƏT Minsk qrupu həmsədrləri, istərsə də digər şəxslər tərəfindən tez-tez Dağlıq Qarabağın gələcək statusunun müəyyən edilməsi ilə bağlı fikirlər səsləndirməkdədir. Lakin bizim üçün ən mötəbər mənbə cənab Prezidentinaçıqladığı  mövqedir. Cənab Prezident bəyan edib ki, Qarabağa  hər hansı statusun verilməsi nəzərdə tutulmur” 
Millət vəkili Tahir Kərimli Milli Məclisin bu gün keçirilən pleanr iclasında deyib.
Onun sözlərinə görə, əgər ermənilər Azərbaycan vətəndaşlığını qəbul edəcəksə, onların ölkə ərazisində yaşamasında heç bir problem yoxdur.

“Ermənilər də Azərbaycanda yaşayan digər xalqların, etnik və dini azlıqların nümayəndəsi kimi yaşaya bilərlər. Hansı ki, ermənilərdən başqa bizim ölkəmizdə yaşayan digər xalqlar bizim üçün daha əzizdir. Ermənilər də onlardan artıq və üstün statusa malik deyil. 
Vətəndaşlığı qəbul edəcəklərsə, yaşasınlar. Prezident bununla bağlı mövqeyini bildirib və biz də ona güvənirik. Hesab edirəm ki, sonadək bu mövqedə dayanacaq”-millət vəkili bildirib. 


İstifadəçi paneli