Sumqayıt İH-dən Yeni il yolkasının sökülməsi ilə bağlı açıqlama

20-12-2020, 12:56

Sosial şəbəkələrdə Sumqayıtda yeni il şənliklərinə hazırlıq getməsiylə bağlı foto yayılıb. Fotodan görünür ki, şəhərin simvolu olan "Sülh göyərçini" abidəsinin qarşısında ənənəvi yeni il yolkası quraşdırılıb. Yayılan yeni fotolarda isə ötən gecədən etibarən həmin yolkanın söküldüyü bildirilir.

Hələ şəhərdə yeni illə bağlı hazırlıq işlərinə başlanılmayıb: "Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən şəhərdə hər hansı yolka quraşdırılmayıb. Hələ ki, şəhərin bəzədilməsiylə bağlı da hər hansı qərar qəbul olunmayıb. Ümumi hazırlıq işləri həyata keçirilir, lakin yekun qərar gələn həftə veriləcək".
Şəhərin mərkəzində yolkanın quraşdırılması və söküntüsünə gəlincə, İcra Hakimiyyətindən bundan xəbərsiz olmaqları bildirilib.


İstifadəçi paneli