Əməkdar artist dünyasını dəyişdi

26-12-2020, 16:20

Əməkdar artist Almaz Mustafayeva dünyasını dəyişib.
Bu barədə Gənc Tamaşaçılar Teatrının mətbuat xidməti məlumat verib.
Aktrisa Almaz Mustafayeva 1 oktyabr 1949-cu ildə Ağdam şəhərində doğulub.

 “Azərbaycanfilm” kinostudiyasının nəzdində 3 illik kinoaktyorluq kursunu bitirib. 1968-ci ildə kinostudiyada rejissor köməkçisi işləyib. 1970-ci il iyunun 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası olub.
Qeyd edək ki, aktirisa “Sehirli xalat”, “Yeddi oğul istərəm”, “Aktirsanın təbəssümü”, “Şir evdən getdi”, “Cavanşir” və başqa filmlərdə çəkilib.
Allah rəhmət eləsin! 


İstifadəçi paneli