Qardaş Türkiyədən acı xəbər

3-01-2021, 20:22

Türkiyədə Elazığın Sivrice rayonunda  4,1 gücündə zəlzələ olub.
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadla verdiyi xəbərə görə, zəlzələ yerli vaxtla saat 17:17-də yerin 8,5  kilometrliyində qeydə alınıb.

Təkanlar ətraf rayonlarda da hiss edilib.
Qeyd edək ki,  keçən  il yanvarın 24-də Elazığın Sivrice rayonunda 6,8 gücündə zəlzələ olub, 41 nəfər ölüb, 1466 nəfər yaralanıb.


İstifadəçi paneli