Azərbaycanda un bahalaşdı

6-01-2021, 12:35

Xəbər verdiyimiz kimi yanvarın 4-də Tarif Şurasının qərarı ilə benzinin qiyməti 1 manata, dizelin isə 80 qəpiyə qaldırıldı. Bu artım artıq bir sıra qida məhsullarında eləcə unun və siqaretin qiymətinə də təsir etməyə başlayıb. Belə ki, iddialara görə 28 manata satılan unun qiyməti artıq 32-35 manat arası dəyişir.

Bununla bağlı deputat Azər Badamov bildirib ki, 28 manata olan un, 32-35 manata satılırsa və bunu benzinin bahalaşması ilə əlaqədar deyilirsə, bu tamamilə əsassızdır:

Deputat qeyd edib ki, siqaretin qiymətində ümumiyyətlə artım olmamalıdır:
"Amma bununla yanaşı siqaretin qiymətinin rəsmi artırılmasının və ya satışına qadağa qoyulmasının tərəfdarıyam. Mən insanların sağlamlığı naminə siqaretin dövriyyəsini maksimum məhdudlaşdırılmağını dəstəkləyirəm".


İstifadəçi paneli