Oxşar xəbərlər
Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Gülü onun səhəti ilə bağlı açıqlama verib.
Sosial şəbəkələrdə yayılan videomüraciətdə həyat yoldaşının vəziyyətinin ağır olması ilə bağlı yayılan xəbərlərdən narahatlıq keçirdiyini dilə gətirib.Yayılan bu söz-söhbətlər xalq artistinin xanımını hiddətləndirib.
"Xahiş edirəm Rəmişin adından reytinq yığmayın özünüzə , qazilərimizin , şəhidlərimizin qəhrəmanlığından danışın,Rəmişin sənətindən danışın. Rəmiş öldü, qaldı, xəstə oldu sizə nə var? Ayıb olsun yalandan belə xəbərlər yayanlara. Allah belə xəbərləri yazan xəstələrə şəfa versin"
Gitara ifaçısı da öz növbəsində bildirib ki, "Yazanlara, pozanlara demək istəyirəm ki, olmayan şeyləri yazmayın.Can sağlığı arzulayıram."