“Biz bu diqqət və qayğıya görə Mehriban xanıma öz təşəkkürümüzü bildiririk...”

9-01-2021, 11:26

Xəbər verdiyimiz kimi 2016-cı il Şanlı aprel döyüşlərində qəhrəmancasına şəhid olan MAXE Adil Adilzadənin ailəsi də evlə təmin edilib. 

Şəhidimizin anası Gülnarə Adilzadə Heydər Əliyev Fondu tərəfindən yeni evlə təmin olunduqlarını bildirib:

“Biz ikiotaqlı, şəraitsiz balaca bir evdə yaşayırdıq. Elə oldu ki, Heydər Əliyev Fonduna müraciət etdik və xahiş etdik ki, bizi yeni mənzillə təmin etsinlər. Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın göstərişi ilə həyətimizdə ötən ilin iyul ayında yeni evin tikintisinə başlanıldı. Dekabr ayının sonunda ev tam təmirli şəkildə bizə təhvil verildi. Təbii ki, biz bu diqqət və qayğıya görə Mehriban xanıma öz təşəkkürümüzü bildiririk. Dövlətimiz şəhid ailələrini daim diqqətdə saxlayır və onların qayğıları ilə maraqlanır”. 

Qeyd edək ki, Adil Adilzadə 1993-cü il aprelin 17-də Mingəçevir şəhərində anadan olub. Şanlı aprel döyüşləri zamanı şəhid olan hərbçimizin bir bacısı yadigar qalıb. Ölümündən sonra şəhid Adil Adilzadə ölkə başçısı tərəfindən “Hərbi xidmətdə fərqlənməyə görə” üçüncü dərəcəli medalı ilə təltif edilib.

Allah cəmi şəhidlərimizə rəhmət eləsin!


İstifadəçi paneli