Oxşar xəbərlər
Türkiyədə qadın onu çılpaq soyundurub səhərə kimi vəhşicəsinə döyən həyat yoldaşını güllələyib.
Antalyada sürücü işləyən 36 yaşlı Ramazan İpek 12 il evli olduğu həyat yoldaşı 31 yaşlı Melek İpeklə bütün gecə boyu mübahisə edib.
Daha sonra Ramazan həyat yoldaşının əllərini bağlayaraq soyundurub və vəhşicəsinə döyməyə başlayıb.
Melek İpek özünü və uşaqlarını daim döyən Ramazan İpeki səhər işdən evə qayıdan zaman güllələyib.
Həyat yoldaşını güllələdikdən sonra Melek polisə və təcili tibbi yardıma xəbər verib.
Hadisə yerinə gələn həkimlər Ramazan İpekin öldüyünü bildiriblər.
Mələk ipək polis tərəfindən saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb.