Əfqanıstan havadan bombalandı: azı 18 nəfər öldü

11-01-2021, 11:05

Əfqanıstanın Nimroz əyalətinə hava zərbəsi endirilib.
Bu barədə əyalət şurasının rəhbəri Məhəmməd Nəsir ölkə mətbuatına açıqlamasında deyib.

O bildirib ki, hücum zamanı azı 18 nəfər həyatını itirib:
“Həlak olanlar dinc sakinlərdir. Onların 8-i uşaq, 7-si qadın, 3-ü isə kişidir”.


İstifadəçi paneli