NAZİM İDEAL: ÖZ ADIN SƏNİN ANDIN FƏXRİN VƏ QÜRURUNDU...

11-01-2021, 12:46

Şərəfsizə şərəf, rüşvətxora vətənə xidmətlərinə görə, könlünü-məsləkini-mənliyini satmış yaltağa tərəqqi, bir manata qabağında fonoqramma performansı göstərənə əməkdar, namusu ilə alver edənə xalq şairi-artisti-yazıçısı və s, fəxri adlar satıldıqdan sonra, geri alınması, ölkədən qaçması, vətən xaini elan edilməsi açığa vuran analoqsuz inkişafın sifətlərindəndir.

Saxtakarlıqlar, alverçilər, Prezidenti aldatmalar o qədər abırsızlaşıb  ki, artıq manıslar fəxri ad almaqdan ötrü sosial növbəyə düzülüb. 

Adamlar özlərini ona görə haqlı sanırlar, cəsarət sahibinə çevrilirlər ki, artıq medal-orden bazarın da it yiyəsini tanımır.

Şüurlu həyat yaşayan İnsanların hamısı bilir ki, fəxri adların böyük əksəriyyəti şəxsi korporativ maraqlar üzrə verilir və təqdimat manerasında performans göstərən köstəbəklərin məqsədi mənfurdu...

Bir sözlə pulunu ver nə istəyirsən, haranı istəyirsən al və yaxud da sat!

Al gülümlü, ver gülümlü tragiklərdən fərqli olaraq ən böyük ad İnsanın yaşatdığı addır!

O ad ki, onunla fəxr edir, Vicdan rahatlığı verir!
Hər kəsin gözlərini acı və ya şirin ehkamla süzə bilir.

O adı batırmaq sevdasına düşən çamur tayfası qarşısında MƏN deyə bərq vurur.

Bu adlar saxta-qondarma olduğundan, buna haqq etmiş adamlara belə şübhə ilə yanaşılır,məzə obyektinə çevrilir.
Hesab edirəm ki, saxta medalla stiqmalandırılmışlarla yanaşı, bu adlara haqq edən və hər kəsin ürəyincə olan qəhrəmanlarımız , fəxrlərimiz müzəffər ordumuzun əsgər və zabitləri, Şəhidlərimiz, Qazilərimizdir!

Bu sferada da  diskriminasiyalar olsa da...!?

Təhsil, Səhiyyə, Hüquq bataqlığı hər kəsə məlumdur...

Sösüz ki, İnsanın mənəvi ömrü, fiziki ömründən qat-qat üstündür.

Şərəf və ləyaqətini itirmişlərə hükumətin verəcəyi ad ona görə vacibdir ki, itirdiklərini sürünə-sürünə yığa bilsin.

Medalının köləsinə çevrilib həm yeməyə, həm də yatmağa yeri olsun.

Adımızı, Vətənimizi, Dövlətimizi fəxrlə qoruyaq!























İstifadəçi paneli