"Nə qədər ki, Qarabağdakı ermənilər bu separatçı-terrorçu rejimdən yaxalarını qurtarıb Azərbaycan idarəçiliyi altında dinc yaşamağı qəbul etməyib, daim öz-özlərindən xoflanaraq belə təşviş içərisində yaşayacaqlar…."
Gecə saatlarından başlayaraq bəzi erməni saytlarında və sosial şəbəkələrdə guya Şuşa ətrafında atışma səsləri gəlməsi haqda xəbərlər dolaşmağa başlayıb. Bir az sonra isə Xankəndi ərazisində də bir neçə istiqamətdən atəş səsləri eşidilməsi barədə məlumatlar yayılıb.
İşğalçı ölkənin 168.am nəşri vəziyyətə aydınlıq gətirmək üçün separatçı-terrorçu xuntanın nümayəndəsi Vaqram Poqosyandan açıqlama götürüb.
“Gecə 2-3 saat radələrində, bəlkə də daha sonra sərxoş olan iki nəfər Stepanakertin bir neçə rayonunda avtomatik silahdan atəş açıblar. Hazırda polis müvafiq araşdırma aparır. Mən bir daha sakinlərimizi təşvişə düşməməyə çağırıram. Çünki mətbuatda guya azərbaycanlıların Stepanakertdə görünməsi barədə yayılmış məlumatların heç bir əsası yoxdur" – deyə V. Poqosyan bildirib.
P.S. Nə qədər ki, Qarabağdakı ermənilər bu separatçı-terrorçu rejimdən yaxalarını qurtarıb Azərbaycan idarəçiliyi altında dinc yaşamağı qəbul etməyib, daim öz-özlərindən xoflanaraq belə təşviş içərisində yaşayacaqlar….