İtkin düşən daha bir əsgərin şəhid xəbəri gəldi

13-01-2021, 10:42

Vətən müharibəsində itkin düşən daha bir əsgərin şəhid olması xəbəri gəlib.
44 günlük müharibənin iştirakçısı olan 2002-ci il təvəllüdlü Məmmədov İkram Ehtiram oğlundan uzun müddətdir xəbər yox idi. Ötən gün onun yaxınları döyüşçünün şəhid olduğu barədə xəbər alıblar.

18 yaşlı əsgərimizin Füzuli istiqamətində şəhidlik zirvəsinə ucaldığı deyilir.
 
Allah rəhmət eləsin!


İstifadəçi paneli