Oxşar xəbərlər
Azərbaycanlı tanınmış model Selestanın dünyaca məşhur aktrisa Ancelina Coliyə olan bənzərliyi görənləri çaşdırır.
Oxşarlıq təkcə üz cizgilərində deyil, bədən quruluşunda da açıq-aşkar hiss olunur. Selesta hazırda 44 yaşındadır.
Həyat yoldaşının işləri ilə bağlı bir müddət bərabər Şanxaya köçməli olan xanım oranın məşhur fotoqrafı tərəfindən geyim kolleksiyasına modellik təklifi alır. Əvvəl hobbi kimi yanaşsa da, 32 yaşında başladığı fəaliyyəti gedərək peşəyə çevrilir. Hazırda 3 uşaq anasıdır.