Türkiyədə gənc qız işə gedən zaman sevgilisi tərəfindən güllələnərək qətlə yetirilib.
Manisada Gülnur Kocabaş səhər saatlarında işə gedən zaman yolda sevgilisi Yusif Akbulutun onu çağırdığını görərək geri dönüb.
Gənc qız dönər-dönməz Yusuf Akbulut əlindəki tüfənglə ona atəş açaraq qətlə yetirib.
Yusuf Akbulut ifadəsində Gülnur Kocabaşı öldürmək niyyətində olmadığını qeyd edib:
"Gülnur Kocabaş ilə eyni yerdə işləyirdik və iki ilə yaxındır ki, sevgili idik. Münasibətimizi onun ailəsi də bilirdi. Mən Gülnurun qardaşının kiçik toyunda da olmuşam. Onunla zaman-zaman mübahisələrimiz olub, amma heç vaxt ayrılmamışdıq. Lakin 1 ay öncə "həri" üzüyünü taxmamağa başladı.
Mən səbəbini soruşanda müxtəlif bəhanələr gətirirdi. İş yerində hər zaman bir yerdə olurduq. Artıq yanıma da gəlmirdi. Gülnur Kocabaşın başqa oğlanla danışdığını gördüm. Məsələni atasına söylədim. Daha sonra özü də ürəyimi almağa gəldi. Sevdiyim üçün bağışladım. Onu sadəcə qorxutmaq üçün tüfəngi götürmüşdüm, öldürmək niyyətim yox idi".