Pərvin Abıyevanın kişilərlə bağlı fikirləri müzakirə yaratdı

15-01-2021, 14:21

"Heç bir qız kasıb oğlana ərə getmək istəməz. Nə qədər sevsə də, getməz. Hansısa oğlan deyirsə kasıbam, günahı onda görürəm. İnsan fərasətli olmalı, tutduğunu qopartmalıdır".

Bu sözləri aktrisa Pərvin Abıyeva İnstaqramın canlı yayımında deyib. Onun bu fikirləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Pərvinin "Kasıbam, kasıb ailədə doğulmuşam deyib, kənara çəkilməyin. Kasıbçılıqdan milyonçuluğa qalxan var. İndiki milyonçuların əksəriyyəti əvvəl kasıb olublar" sözləri birmənalı qarşılanmayıb.

Sənətçinin fikirləri sosial media istifadəçilərini iki cəbhəyə bölüb. İzləyicilərin yarısı ona haqq versə də, digər yarısı Pərvinin düzgün danışmadığını yazıb.


İstifadəçi paneli