Rusiyadan fərqli olaraq, ABŞ-da demokratiya var - Lebedev

16-01-2021, 12:22

Biz hamımız hansısa axmaq oyunları davam etdiririk. Bizə Qərb ölkələri ilə münasibətlər qurmaq lazımdır. Biz isə imkan axtarırıq ki, onların demokratiyasını tənqid edək.
Bunu Rusiya Dövlət Duması sədrinin müavini İqor Lebedev deyib.

"Rusiyadan fərqli olaraq, ABŞ-da demokratiya var. Mən indidən deyə bilərəm ki, bu gün Rusiyada parlament seçkisi keçirilsə, hansı partiya nə qədər səs toplayacaq. Siz bunu demokratiya adlandırırsınız? Mən yox”, – deyə o bildirib.


İstifadəçi paneli