Evin çardağına çıxdı: Bir anda həyatı dəyişdi

17-01-2021, 10:42

Türkiyənin Bursa şəhərində yaşayan Mehmet Əli Ərkəş adlı vətəndaş qeyri-adi hadisə ilə üzləşib.

Yuxusuzluqdan əziyyət çəkən Ərkəş gecə saat 03:00-da balkona çıxaraq səmanı izləməyə başlayır. Bu zaman göy üzündə ani parıltı görür. Bu hadisədən 3 saniyə sonra evinin damında şiddətli gurultu qopur. Səhər erkəndən damda gördüyü mənzərəni görüncə heyrətə gəlir.

Evin damından qeyri-adi daş parçaları tapan Ərkəş ərazidə axtarış apararaq, həmin daşlardan daha 7 ədəd tapıb. Mehmet Əli Ərkəş çəkisi 5 kiloqrama çatan daşlara dəyəri qədər pul verən şəxsə onları sata biləcəyini deyir.


İstifadəçi paneli