Model onu təhqir edən izləyicisini məhkəməyə verdi

18-01-2021, 10:50

Model Didem Soydan onu təhqir edən sosial media istifadəçisi ilə məhkəməlik olub.
Didem ona "salat qabına oxşayırsan"sözlərini yazan izləyicisini polisə verib.Aparılan araşdırmalardan sonra yazını yazan şəxsin kimliyi məlum olub.

Həmin şəxs modelə belə sözlər yazmadığını bildirsə də, şikayət ərizəsi məhkəməyə təqdim edilib. Hazırda Didemi təhqir edənin 2 il 6 aya qədər həbsi istənilir.

Məhkəmə bir neçə gün sonra keçiriləcək.


İstifadəçi paneli