Polis küçədə kağız toplayan şəxsi güllələdi

23-01-2021, 13:46

Türkiyədə keçmiş polis işçisi küçədə kağız toplayan şəxsi güllələyib.

Keçmiş polis işçisi olan Fazil.K Osman.G-ya xəbərdarlıq edərək, bu gün küçədəki kağızları özünün toplayacağını bildirib.

Fazil.K Osman.G-nın onu saymadan küçədəki kağızları topladığını öyrənib və mübahisə etməyə başlayıb. Mübahisə nəticəsində Fazil.K Osman.G-nı güllələyib.

Silah səsini eşidən ətrafdakı insanlar polisə və təcili tibbi yardıma xəbər veriblər.
Xəstəxanaya yerləşdirilən Osman. G-nın vəziyyətinin ağır olduğu bildirilir.
Onun güllələnmə anı ətrafdakı təhlükəsizlik kameraları tərəfində qeydə alınıb.


İstifadəçi paneli