Xəzərdə suyun səviyyəsi aşağı enib

25-01-2021, 11:03

Son 5 ildə Xəzər dənizində suyun aşağı enməsi prosesi daha da intensivləşib ki, bu da iqlimdə baş verən dəyişikliklər, quraqlıqla əlaqədardır.
Bu barədə AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Mirnuh İsmayılov bildirib.

O qeyd edib ki, relyefin xarakterindən asılı olaraq Lənkəranın bəzi yerlərində Xəzərin suyu 2-4 metr çəkilib, Nabranda bu, 200, 300 metr təşkil edir, bəzi ərazilərdə isə çəkilmə daha çoxdur:
“Xəzərin Neftçala sahillərindən tutmuş Lənkəranın Nərimankənd qəsəbəsinə qədər olan ərazi relyefdən asılı olaraq, bəzi yerlərdə 2 km-ə qədər geri çəkilib. Abşeron, Sumqayıt, Muxtadır qəsəbəsinədək olan sahələrdə dənizin suyunun çəkilməsi özünü daha şiddətli büruzə verir. Kürdə baş verən məlum səbəblərdən çayın suyu bu il demək olar ki, Xəzərə çatmayıb. Onsuz da az yağıntılı Xəzər regionunda yağışların miqdarının bir az da azalması dəniz suyunun azalmasında müəyyən rol oynayıb".

M.İsmayılovun sözlərinə görə, su çatışmazlığı yaxın 2-3 il ərzində özünü daha kəskin göstərəcək.


İstifadəçi paneli