Hollivud ulduzu görünüşü ilə pərəstişkarlarını şoka saldı

28-01-2021, 16:45

Hollivud ulduzu Demi Mur görünüşü ilə pərəstişkarlarını şoka saldı.
Paris Moda Həftəsində əsas mövzulardan biri üzü tanınmaz dərəcədə dəyişən amerikalı aktrisa Demi Murun görünüşü oldu.
CNN-in məlumatına görə, bununla bağlı şəkillər sosial şəbəkələrdə paylaşılıb.

Bildirilir ki, Hollivud ulduzu Fransanın paytaxtında ənənəvi olaraq ilin əvvəlində keçirilən moda nümayişlərini demək olar ki, heç vaxt buraxmır. Bu dəfə isə o, nəinki qonaq olub, həmçinin podiuma da çıxıb.

Lakin möhtəşəm ipək kostyumu nümayiş edən 58 yaşlı ulduz üz görünüşü ilə pərəstişkarlarını şoka salıb:
"Doğrudanmı bu Murdur? Onu tanımaq olmur", "Təəssüf edirəm, amma deyəsən o da üzünü tamam dəyişdi", "Deminin üzünə nə olub?", "Belə iri yanaqlar nəyə lazımdır", - kimi şərhlərlə pərəstişkarları sosial şəbəkədə müzakirələr aparıblar.
Aktrisanın özü bu barədə şərh verməyib.

Qeyd edək ki, Demi Murla yanaşı Fendi kolleksiyasını Naomi Kempbell, Keyt Moss və Bella Hadid kimi məşhur supermodellər də nümayiş edib.


İstifadəçi paneli