Qazi: Yaralı olsam da, məni xidmətə yararlı yazıblar

29-01-2021, 12:24

“Bakıda hospitalda mənə dedilər sağlamsan, daha sağalmısan, ağrılarım var desəm də fikir vermədilər. Dedilər ki, ayağın düzələcək, ciddi heç nəyin yoxdur, sağlamsan, “sağlam” rəyi verdilər. Lakin hələ də ağrılarım var, düz-əməlli yeriyə bilmirər. Təssüf ki, nəzərə almadılar. Əsa ilə yeriyirəm. Müharibədən öncə inşaatda işləmişəm, hazırda da adım orada-işdə gedir….Amma mən bu ayaqla, bu ağrılarla işləyə bilmərəm…Necə işləyim, axı?! Yaxşı olardı ki, məni vəziyyətim, səhhətim nəzərə alınaydı, mənə düzgün diaqnoz qoyulaydı, müalicəmə tam köməklik göstəriləydi”.

Bu fikirləri Gəncə şəhərindən olan, 1994-cü il təvəllüdlü qazimiz, Salahov Hüseyn Saleh oğlu bildirib.
Hüseyin Füzuli, Şuşa, Xankəndi istiqamətlərində çox ağır döyüşlərdə iştirak edib, vuruşub, qəhrəmanlıqlar göstərib. Noyabr ayının 8-də, Xankəndi istiqamətində döyüşlərdə-sol ayağından,baldırından ağır yaralanıb. Noyabrın 9-da isə əvvəl Füzuliyə, sonra Biləsuvara gətirilib və vəziyyətinin ağır olduğu nəzərə alınaraq, Bakıya göndərilib, hospitala yerləşdirilib.

Hüseyin Salahov bildirb ki, o, müharibəyə gedən gündən, eləcə də, yaralanandan bu yana ötən 4 ay müddət ərzində onunla, ailəsi ilə heç kimin maraqlanmayıb, Gəncə Şəhər İcra Hakimiyyətindən və digər dövlət qurumlarından dəstək almayıb. 

Qeyd edək ki, Qazimiz Ali Baş Komandan tərəfindən “Şuşanın azad olunmasına görə” və “Döyüşlərdə fərqlənməyə görə” medalları ilə təltif olunub.


İstifadəçi paneli