Hikmət Hacıyev diplomatik korpusu Cəbrayıl və Zəngilana aparır

6-02-2021, 11:52

Azərbaycanda fəaliyyət göstərən səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri işğaldan azad edilmiş Cəbrayıl və Zəngilan rayonlarına səfərə gedir.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev özünün “twitter” səhifəsində bildirib.
H.Hacıyev qeyd edib: “Azərbaycan Prezidenti İlham Əliyevin təlimatına uyğun olaraq səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri ilə işğaldan azad edilmiş Cəbrayıl və Zəngilan rayonlarına səfər üçün yola çıxmışıq”.


İstifadəçi paneli