Oxşar xəbərlər
Rusiya Prezidenti Vladimir Putinin siyasi kursu Kuril adaları ilə bağlı danışıqlara güclü zərbə endirir.
Bu barədə “Yahoo Nyus Japan”da dərc olunan məqalədə deyilir.
Bildirilib ki, adalarda Rusiyanın hərbi təsirini gücləndirməsi də danışıqlara zərbə vuran əsas amillərdən biridir:
“Ötən ilin oktyabrında Kurildə T-72B tankı, İturupda isə zenit-raket kompleksi yerləşdirilib. Rus siyasətçilərinin sərt mövqeyi qarşılığında yapon hakimiyyətinin güzəşti ona gətirib çıxardı ki, artıq Tokionun bu məsələ ilə bağlı Moskvaya hər hansı “güzəşti” qalmadı”.
Qeyd edək ki, bundan öncə Yaponiya Baş naziri Yoxiside Suqa Kuril adaları ilə bağlı anlaşılmazlıqların hələ də həll edilməməsinə görə təəssüfləndiyini bildirmişdi.