Hətta Ali Qanunverici orqan hesab edilən Parlamentin özünə belə gəlir-alqı-satqı obyekti münasibəti sərgilədiyindən, geniş hakimiyyət resurslu köstəbəklər kölgəsində qarson kimi istismar etdiyi adamları da dubtat qayırıb təyinatı üzrə istismar edirlər!
Ən küt beyin, debil, özünü və sözünü tanımıyan dubtat istənilən məhkəmənin ədalət mücəssiməsini bir telefon zəngilə şərin kənizinə çevirir!
Şüurlu həyat yaşayan Vətəndaşlar dubtatlara eyni zamanda aradüzəldən, calaqçı, vasitəçi (relettor ) və.s, qanundankənar münasibət sərgiləməkdədir!?
Şərlənərək həbs edilmiş şəxsin azad edilməsi, əfv siyahısına kiminsədə salınması, kiminsə də ağır cəzaya məhkum olunması, kiminsə də ali təhsil müəssisəsinə daxil olması üçün və. s, dubtat mandatı önəm daşıyır!
Gördünüzmü hansısada təyinatlı kütbeyin deputatxnada ayağa qalxıb gur səslə Xalqı yanacaqla, ərzaqla, su ilə boğan despotiyaya qarşı öz etiraz səsini qaldırsın, Millət Vəkili kimi çıxış etsin!?
Yox görməmisiz, heç görməyəssizdə ...
Çünki, sabaha hesablanmış universal ssenari bu gündə şoumenlər ("patriot dissident") tərəfindən məqsədli şəkildə düz-qoş edilməkdədir!
Əslində hər kəs öz layiq olduğu məkanda qərarlaşmaqdadır!
Hər biri iri buynuzlu prototipin xalqsız şairi-yazıçısı-akademiki-artisti olduğu kimi , dubtat naxırıda var və bu tendensiya analoqsuz inkişafdadır!
Ölkəmiz məhz bu cür dəyərsiz-mənasız-əxlaqsız siyasətin palanı üzərində yürüdüldüyündən 44 gün müddətində Tarixi Qürurumuzu özümüzə qaytarmış ŞƏHİDLƏRİMİZİN məzarlıqlarına çirkli suyun axıdılmasında heç kəs məsuliyyətə cəlb edilmədi...
Millətin 2-5 nəfər yüksüz, müstəqil, dəyanətli, qürurlu Vəkili olsaydı, heç bir başları mədələşmiş məə-mırr bu "cəsarətdə" bulunmazdı.
Odur ki? Millət Vəkili Sən özünsən!
Haqq bildiyin iş uğrunda öz evinin divarları uğrunda savaşdığın kimi savaş...
Unutma ki, Sən mübarizə aparırsansa, uduza bilərsən, aparmırsansa artıq uduzmusan!
Özünə, ailəsinə vəkillik edə bilməyən, arvadını Məni, Sizi şərləmək üçün Prokpolların istismar etdiyi poykovoydan birisinə çevirən, kişiliyi və qeyrəti çubuş araqda olan biriləri ən yaxşı halda sənin qapıda saxladığın çubuşun ola bilər vəssalam!
Millətin Qüruru sıravi vətəndaşların qüruru ilə ölçülür!