Oxşar xəbərlər
Türkiyənin BOTAŞ şirkəti ilə Dövlət Neft-Qaz Korporasiyasının (TPAO) törəmə müəssisəsi olan “Turkish Petroleum Overseas Company Limited” (TPOC) tərəfindən 3 şirkətin yaradılmasına qərar verilib.
Artıq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qərarı təsdiqləyib.
Bildirilir ki, TPAO tərəfindən “Turkish Petroleum International”, "BOTAŞ İnternational" və “Turkish Petroleum Off-Shore Technology Center” adlı şirkətlər təsis ediləcək.
“Turkish Petroleum İnternational” şirkətinin sərmayəsi 11 milyard 797 milyon 665 min lirə, "BOTAŞ İnternational" şirkətinin 3 milyon 575 min 50 lirə, “Turkish Petroleum Off-Shore Technology Center”in sərmayəsi isə 21 milyon 450 min 300 lirə olacaq.