İqor Korotçenko: “İsgəndər” raketləri Ermənistandan alınmalıdır

24-02-2021, 18:25

İsgəndər” raket kompleksləri Ermənistan ordusunun istifadəsindən alınmalıdır.
Rusiyalı hərbi ekspert İqor Korotçenko belə açıqlama verib. O bildirib ki, Ermənistandakı raket kompleksləri bundan sonra Rusiya hərbi bazasının istifadəsində olmalıdır. Ekspertin sözlərinə görə, peşəkar olmayan Ermənistan ordusu “İsgəndər” raket komplekslərinin tətbiqinə hazır deyil.

Korotçenko qeyd edib ki, Ermənistan ordusundakı son vəziyyət də bunu sübut edir.


İstifadəçi paneli