Naxçıvanda buzlamış yolda qəza

26-02-2021, 12:45

Naxçıvan Muxtar Respublikasında ağır yol qəzası baş verib.
Naxçıvan-Şahbuz yolunda "Hyundai" markalı minik avtomobili sürüşərək yolun kənarında dayanmış "FİAT"a çırpılıb.

Nəticədə avtomobillərdə olan 5 nəfər ağır xəsarət alıb.
Onlar xəstəxanaya yerləşdirilib.
Araşdırma aparılır.


İstifadəçi paneli