Azərbaycan Gürcüstana elektrik enerjisi idxalını artırıb

4-03-2021, 15:55

Bu ilin yanvar-fevral aylarında Gürcistan 827,8 milyon kilovatt/saat həcmində elektrik enerjisi tədarük edib.
Bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun (ESCO) hesabatında bildirilib.

Sənədə əsasən, idxalın 299,7 milyon kilovatt/saatı və yaxud 36,2%-i Azərbaycanın payına düşüb. İllik müqayisədə həcm 16,7% artıb.
Son 2 ayda Gürcüstanın əsas elektrik enerjisi tədarükçüsü 521 milyon kilovatt/saatla Rusiya olub.


İstifadəçi paneli