Ruhanidən ABŞ-a çağırış..

4-03-2021, 16:02

“ABŞ vaxt itirmədən İrana qarşı sanksiyaları ləğv etməlidir”.
İran prezidenti Həsən Ruhani belə açıqlama verib. O bildirib ki, ABŞ sanksiyaları ləğv edərsə İran danışıqlar masasına əyləşməyə hazırdır. Dövlət başçısının sözlərinə görə, nüvə danışıqlarına yeni maddələr əlavə edilə bilməz:
“Bu günün işini sabah saxlamağın mənası yoxdur. Boş yerə zaman itirməyək. Qadağaların ləğv ediləcəyi təqdirdə İran öhdəliklərə əməl edəcəyini elan edib”.


İstifadəçi paneli