NAZİM İDEAL: Dövlətlə bacarmaq üçün dövlət olmaq lazımdır

5-03-2021, 17:11

Qanun onun üçün yazılmayıb,yazılıbsa oxunmayıb,oxunubsa düz oxunmayıb,düz oxunubsa,düz başa düşülməyib!?

Nəyə görə layiq olmayan ədədlər dövləti idarəetmə,ali dövlət prioritetləri kateqoriyasına daxil edilmiş sferada "söz sahibinə" çevirmək istəyirlər?!

Özü ilə adam kimi rəftar edə bilməyən, uzun bir şüursuz ömür sürən subyektin boşluqlardan istifadə edib "məndə varam" prinsipi üzrə, layiq olmadığı yerdə cameəni nəlayiq şəkildə zibilləməsi hansı zərurətdən irəli gəlir?

Kim(lər)dir buna şərait yaradan?

Parodaksaldır, görəsən mundirlərində dövlətin müqəddəs atributlarını daşıyanların neçə faizi "dövlət" anlayışının fərqindədir?

Bu adamların idrakına, həyat düzəninə, idarəçilik fəlsəfəsinə nəzər salanda sözün tam mənasında dövlətin bu tip mənəvi qısırlar tərəfindən zorlandığını aydın görmək olur.

Belələri üçün şəxsi korporativ maraqlar dövlət maraqlarından, milli birlikdən daha önəmli əhəmiyyət kəsb edir!?

Əksər sferalarda dövlət boyda okeanın idarəetmə yönətiminə bütün sferalarda qısırlaşmış subyektlərə təslim etmək utanvericidir.

Əslində bütün bunlar feodal təfəkkürlü subyektlərin mahiyyətidir və onlar hesab edirlər ki,qabil-kamil  aydınları vəzifə kuliarlarına gətirilərsə onların üstün cəhəti üzə çıxar və  sövq-təbii de-şifre olunarlar.

Lakin unudurlar ki, dövlətlə bacarmaq üçün dövlət olmaq lazımdır.Dövləti də dövlət edən mənəvi cəhətdən kamil-aqil olan varlılardır, maddi varlıqlar deyil.

Biz elə bir zamanın sakinləriyik ki, müstəqillik dönəmindən üzübəri hər kəs bir-birini çox yaxşı tanımaqla yanaşı,zaman hər şeyi yerbəyer etdi.

Yaxın keçmişdə "müxalifət" cameəsinin qəhrəman kimi cəmiyyətə sırımaq istədikləri,hazırda mövcud hökumətin rentabelsiz mallarındandır.

Mövcud ideologiyanı rədd edib,özünü cəmiyyətə dissident kimi realizə "etdirənlər" zəif bir qənimətin fövqündə bütün varlığını, əqidəsini,könlünü,pariyasını,paç...ı təslim etdi və bu tendensiya artan xətt üzrə davam etməkdədir.

Dəvəquşu sayağı özünü tanımayanlar fəsiləsinə daxil olanlar unutmasınlar ki,ona bitişik, lakin unutduğu vacib yerlərini görən var və bir gün oda sələf şenoklarının yaşamalı olduğu taleni yaşamağa məhkumdur.

Ruhu satılmış maşalarlın bir tək tüstüsünə ağlamaq mümkündür,vəssalam!

Təmsil olunduğu sferadan asılı olmayaraq şüurlu həyat yaşayan hər kəs təmsil olunduğu dövlətin,vətənin bir daşı,parçası olduğunu zənn etməli və öz müsbət töhfəsini təkcə sözlə deyil,əməllərində ərməğan etməlidir.

Hansısa da başları mədələşmiş konsentrik dairələrin, g(ö-e)dəninin qulu deyil, Qanunların qulu olmalıdır ki, mənən qürurlu Vətən-Daş olduğunu şövq-təbii hiss edə biləsən!


İstifadəçi paneli