“Ermənistan 2 “İskəndər” atsaydı, Azərbaycan 200 raketlə İrəvanı külə döndərərdi...”

10-03-2021, 12:07

“Azərbaycan  ordusu cəmi 30 dəqiqə ərzində bizim  ön mövqelərdəki qüvvələrimizi vurub sıradan çıxardı...” 
“Ermənistanın eks-prezidenti Serj Sərkisyan baş nazir Paşinyanı son müharibə zamanı Azərbaycana “İskəndər” raketləri atmamaqda qınayır. O hesab edir ki, müharibənin 4-cü günü  düşmənin hərbi obyektləri  “İskəndər”lərlə vurulmalı idi...”  
 
Bu sözləri Ermənistan Müdafiə Nazirliyinin təminat işləri üzrə keçmiş müavini general-leytenant Qagik Melkonyan işğalçı ölkənin “1-ci” telekanalına müsahibəsində söyləyib.  
 
Bu haqda erməni dilini mükəmməl bilən və Ermənistan mediasını mütəmadi izləyən sabiq deputat Maksim Musayev danışıb. 
Erməni general söhbətinin davamında Serjik Sərkisyanı hələ 2016-cı il aprel döyüşlərində olduğu kimi, son 44 günlük savaşda da Azərbaycanın hərbi potensialını düzgün qiymətləndirməməkdə qınayaraq belə deyib:
 
“Serjik bilmir ki, əgər Ermənistan Azərbaycana 2 “İskəndər” atsaydı, Azərbaycan yalnız Naxçıvan istiqamətindən 200 raket atmaqla İrəvanı külə döndərərdi... Mən özüm də 44 günlük  müharibədə iştirak etmişəm. Və Azərbaycan ordusunun bizimkindən dəfələrlə yüksək hazırlığının şahidi oldum. Azərbaycanın raket, artilleriya və aviasiya qüvvələri cəmi 30 dəqiqə ərzində bizim  ön mövqelərdəki qüvvələrimizi vurub sıradan çıxardı...”


İstifadəçi paneli